Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviçin sözlərinə görə, Aİ Şurasının Rusiya qazının bütün alışlarını mərhələli şəkildə qadağan etmək qərarından sonra Serbiya “demək olar ki, ümidsiz vəziyyətə düşüb”.
“Avropa İttifaqı Şurası 2026-cı il yanvarın 1-dən qüvvəyə minən Rusiya qazının Aİ ərazisindən üçüncü ölkələrə tranzitinə qadağa qoyduğu üçün Serbiya olduqca çətin və demək olar ki, ümidsiz vəziyyətdədir. Nəticə odur ki, Bolqarıstan Rusiya qazının Balkan axını boru kəmərindən keçməsinə icazə verməyəcək, bu da gələcəkdə Serbiyaya ziyan vuracaq”.
Onun sözlərinə görə, “Prezident Aleksandr Vuçiçin dünya liderləri ilə əla münasibətləri” sayəsində Belqrad həll yolu tapmağa ümid edir və mövcud vəziyyəti həll etmək üçün əlindən gələni edir. “Bununla belə, xüsusilə NIS (Serbiyanın Neft Sənayesi ) ilə bağlı mövcud problemləri nəzərə alsaq, vəziyyət demək olar ki, ümidsizdir. Heç bir münaqişədə iştirak etməyən ölkəmiz heç bir səbəb olmadan zərər çəkib. Hər şeyə baxmayaraq, biz əvvəlki kimi, vətəndaşların üzləşdiyimiz problemləri yaşamaması üçün əlimizdən gələni edəcəyik”, – Cedoviç-Həndanov vurğulayıb. (Tass)
