Britaniya və Polşa Rusiyanı çəkindirmək üçün tədbirləri ehtiva edən ikitərəfli təhlükəsizlik müqaviləsi bağlamağa yaxındırlar, The Times xəbər verir.
Onun sözlərinə görə, Polşanın xarici işlər naziri Radoslav Sikorski Londonda britaniyalı həmkarı İvet Kuperlə görüşündə sazişin demək olar ki, hazır olduğunu bəyan edib. Buraya “Rusiyanı cilovlamaq üçün birgə tədbirlər, həmçinin insan qaçaqmalçılığı və qeyri-qanuni immiqrasiya ilə mübarizə tədbirləri” daxildir.
Görülən səylər dəqiq göstərilmir. (Tass)
