Amerika Prezidenti Donald Tramp ABŞ-ın Nigeriya ərazisinə yenidən hərbi hücumlar ehtimalını istisna etməyib. O, bu barədə ” The New York Times” qəzetinə verdiyi müsahibədə bildirib.
Tramp ötən dekabr ayında baş verən hücumla bağlı demişdi: “İstərdim ki, bu, birdəfəlik hücum olsun. Amma əgər onlar xristianları öldürməyə davam etsələr, bu, çoxsaylı hücumlar olacaq.”
