Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkyana İran rəhbərliyi və mülki şəxslər arasında baş verən itkilərlə bağlı başsağlığı teleqramı göndərib. Bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat verib.
Paşinyanın teleqramında deyilir: “İran ətrafında baş verən hadisələri böyük narahatlıqla izləyirik. İran İslam Respublikasının rəhbərliyi və vətəndaşları arasında baş verən itkilərlə bağlı başsağlığımı qəbul edin. Ermənistan-İran münasibətlərinin inkişafında İslam İnqilabının Ali Lideri Əli Xameneinin şəxsi rolunu həmişə xatırlayacağıq”.
