Baş nazirin müşaviri və əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Məcid bin Məhəmməd əl-Ənsarinin sözlərinə görə, Qətər Silahlı Qüvvələri İrandan gələn raket və dron hücumlarını dəf etmək üçün “Patriot” hava hücumundan müdafiə raket sistemlərindən və döyüş təyyarələrindən istifadə edir.
“Bəli, hər iki vasitənin (yerüstü sistemlər və təyyarələr ) istifadə olunduğunu təsdiqləyə bilərəm. Patriot müdafiə sistemlərimiz işlək vəziyyətdədir və hər iki hücumu uğurla dəf etdilər, amma indi qırıcı təyyarələr də onlara qoşulub. Pilotlarımız bir neçə dron və gələn mərmiləri vurub”, – deyə o, CNN-ə bildirib. (Tass)
