ABŞ Prezidenti Donald Tramp lazer silahlarının tezliklə ABŞ ordusundakı Patriot kimi hava və raketdən müdafiə sistemlərini əvəz edəcəyinə söz verib.
“Patriot sistemləri necə də heyrətamiz bir texnologiya idi! İnanılmaz! Və digərləri”, – deyə Amerika lideri Florida ştatının Doral şəhərində keçirilən mətbuat konfransında İrana qarşı Amerika-İsrail hərbi əməliyyatının gedişatını şərh edərkən bildirib.
Tramp təfərrüatlara varmadan deyib: “İndi sahib olduğumuz lazer texnologiyası inanılmazdır. Tezliklə istehsala başlayacaq. Lazerlər sözün əsl mənasında Patriot və digər sistemlərin nəzərdə tutulduğu işi, xərclərin cüzi bir hissəsinə görə yerinə yetirəcək”. (Tass)
