İran ABŞ ilə gələcək danışıqları məqsədəuyğun hesab etmir. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi PBS-ə verdiyi müsahibədə bildirib.
Ondan İran rəhbərliyinin Müctəba Xameneinin İslam Respublikasının Ali Lideri seçilməsindən bəri ABŞ nümayəndələri ilə əlaqə saxlayıb-tapmadığı soruşulub. “Əvvəla, onun hər hansı bir açıqlama verməsi üçün hələ tezdir. Hamımız onun açıqlamalarını və şərhlərini gözləyirik, bunlar sonradan olacaq. Amma düşünmürəm ki, amerikalılarla əlavə təmaslar və ya danışıqlar məsələsi nəzərdən keçiriləcək, çünki amerikalılarla çox acı təcrübələrimiz olub”, – deyə İranın xarici işlər naziri bildirib. (Tass)
