İslam Əmirliyinin Müdafiə Nazirliyinin məlumatına görə, Əfqanıstan Hərbi Hava Qüvvələri İslamabadda hərbi obyektə zərbə endirib.
Nazirliyin açıqlamasında deyilir: “Bu gün, saat 17:00 radələrində Əfqanıstan Hərbi Hava Qüvvələri İslamabadın Faizabad rayonunda yerləşən Pakistan ordusunun strateji Həmzə obyektinə hava hücumu həyata keçirib. Pilotsuz təyyarə hücumu komandanlıq mərkəzini və digər vacib obyektləri hədəf alıb və düşmən üçün xeyli insan və maddi itki ilə nəticələnib”.
TOLO News-un verdiyi məlumata görə, cümə axşamı ilə cümə günü arasındakı gecə Pakistan Hərbi Hava Qüvvələri Kabilə hava hücumları həyata keçirib. Qəndəhar, Paktiya və Paktika əyalətlərindəki hədəflərə də hücum edilib. Cavab olaraq Əfqanıstan Pakistanın Xayber Paxtunxva əyalətindəki hərbi hədəflərə zərbələr endirib. (Tass)
