Aprel 20, 2026-17:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda ötən il pambıqçılara 1 milyon manat sığorta ödənişi verilib

2026:04:20 - 12:26
in İQTİSADİYYAT
A A
2025-ci ildə Azərbaycanda 2 064 hektar pambıq sahəsində baş vermiş sığorta hadisələri üzrə fermerlərə 958 min manat ödəniş verilib.

“Report” bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq təxminən 2 dəfə az və 8,9 % çoxdur.

Azərbaycanda pambıq sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonuna qədər davam edir. Hazırda 20-yə yaxın rayonda 110 min hektara yaxın ərazidə pambıq becərilir. Tarlalarınıböyük hissəsi Mil-Muğan, Salyan-Şirvan və Mərkəzi Aran regionlarındadır. Ölkənin əsas pambıqçılıq rayonları: Saatlı – 12,6 min hektar, Ağcabədi – 11,8 min hektar, Sabirabad – 11,1 min hektar, Salyan – 9,7 min hektar, Beyləqan – 8,9 min hektar, Bərdə – 8,5 min hektar, Biləsuvar – 8,1 min hektar, İmişli – 7,9 min hektar, Neftçala – 7,2 min hektar, Yevlax – 3,3 min hektar, Zərdab – 3,1 min hektar, Tərtər – 2,8 min hektar, Ağdam – 2,4 min hektar, Goranboy – 2,0 min hektar, Kürdəmir – 1,1 min hektar və başqalarıdır. Hazırda ölkəmizdə 15 minə yaxın fermer pambıq əkini ilə məşğuldur.

2025-ci ildə Aqrar Sığorta Fondu 9 milyon 147 min manat sığorta ödənişi edib. Bu, 2024-cü illə müqayisədə 2,7 milyon manat və yaxud 43 % çoxdur.

Ötənilki ödənişlərin 8 milyon 753 min manatı bitkiçilik, 394 min manatı isə heyvandarlıq sığortasının payına düşüb, əsas hissəsi meyvə bağları – şaftalı, nektarin, badam, taxıl, qarğıdalı və sair bitkilərə aid olub.

Ümumilikdə, Fond 2020-ci ildə fəaliyyətə başlayandan indiyə qədər 22,6 milyon manat sığorta ödənişi verib.

Əvvəlki Yazı

Reuters: İranın ABŞ ilə müdafiə və raket proqramlarını müzakirə etmək niyyəti yoxdur

Növbəti Yazı

Naxçıvanda qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 10 %-dən çox artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.