Reuters agentliyinin yüksək vəzifəli İran rəsmisinə istinadən verdiyi məlumata görə, İranın müdafiə qabiliyyəti, o cümlədən raket proqramı, ABŞ ilə potensial danışıqlarda müzakirə mövzusu deyil.
O, həmçinin bildirib ki, Tehranın nüvə proqramı ilə bağlı tərəflər arasında fikir ayrılıqları qalmaqdadır və ABŞ-ın İrana qarşı dəniz blokadasının davam etməsi “sülh danışıqlarını pozur”. (Tass)
