16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

“Azərbaycandan meyvələr əsasən ilkin formada ixrac edilir”

Azərbaycandan meyvələr olduğu kimi, yəni ilkin formada ixrac edilir.

Teleqraf xəbər verir ki, bunu İtaliya-Azərbaycan Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin müəllimi, professor Sahil Quliyev “Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin ictimai müzakirəsində deyib.

O meyvələrin müxtəlif formalarının ixrac edilməli olduğunu vacibliyini qeyd edib.

“Azərbaycan xurma istehsalında ilk beşliyə daxildir. Xurmanı sadəcə ilkin formasında deyil, onu digər formada, məsələn, qurudulmuş formada da ixrac etsək, daha yaxşı olar”, – o vurğulayıb.

S.Quliyev aqrar sahədə elmi innovasiyaların tətbiqinin, iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin genişləndirilməsinin, müasir texnologiyaların və rəqəmsal həllərin istehsal proseslərinə inteqrasiyasının vacibliyini qeyd edib.