Intertanko tanker sahibləri assosiasiyasının sözçüsü Fil Belçer bildirib ki, naviqasiyanı bərpa etmək üçün Hörmüz boğazında təxminən 80 minanın təmizlənməsi lazımdır.
“Əsas yol — Hörmüz boğazının ortasından — bağlıdır; təhlükəlidir. Son məlumatlara görə, Hörmüz boğazında 80 mina var. Bu, çox böyük rəqəmdir və onları təmizləmək vaxt aparacaq”, – deyə o, “The Guardian” qəzetinə bildirib. Qəzetin hesablamalarına görə, boğazda təxminən 600 gəmi var.
ABŞ və İran arasında münaqişənin başlamasından bəri, təhlükəsizlik səbəbləri ilə gəmilər Hörmüz boğazında rəsmi gəmiçilik zolağından istifadəni dayandırıb. İran Larak adası yaxınlığında daha şimala doğru üzməyi təklif edib. Bunun əvəzinə bəzi gəmilər Omanın şimal sahili boyunca daha cənuba doğru üzüblər.
İyunun 18-də Hörmüz boğazından 25 ticarət gəmisi keçib ki, bu da aprelin 18-dən bəri ən yüksək rəqəmdir. (Tass )
