Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının təqdimatı olub.
Sumqayıtda yerləşən Əli Kərim adına Poeziya evində baş tutan mərasimdə qeyd olunub ki, bu kitab 2018-ci ildən institutda mütəmadi olaraq çap olunan “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görüb. Seriyanın 67-ci kitabı olan bu monoqrafiyada Cəlal Bərgüşadın həm şəxsiyyət, həm də yaradıcı insan kimi hərtərəfli obrazı yaradılıb.
Tədbirdə yazıçının həyat və yaradıcılığına həsr olunan video-çarx nümayiş etdirilib.AZƏRTAC.
