İyul 7, 2026-2:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyi: çoxtərəfli diplomatiya kontekstində yeni imkanlar 

2026:07:06 - 17:31
in SİYASƏT
A A

Qloballaşan dünyada dövlətlərin beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirakı, beynəlxalq təşkilatların qərarqəbuletmə orqanlarında təmsil olunması və qlobal problemlərin həllinə verdiyi töhfələrdir. Bu baxımdan, Azərbaycanın son illərdə beynəlxalq təşkilatların seçkili orqanlarında qazandığı uğurlar ölkənin diplomatik mövqeyinin möhkəmləndiyini, tərəfdaşlar arasında etimadının artdığını və çoxtərəfli diplomatiyada rolunun gücləndiyini göstərir. Beynəlxalq təşkilatların müxtəlif komitə və şuralarında təmsilçilik isə təkcə diplomatik nailiyyət deyil, həmçinin hüququn aliliyinin, insan hüquqlarının müdafiəsinin və dövlətlərin beynəlxalq öhdəliklərinin icrasına töhfə verən mühüm vasitədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədri, hüquq elmləri doktoru, professor Əmir Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan insan hüquqları sahəsində qəbul edilmiş əsas beynəlxalq müqavilələrin iştirakçısı kimi üzərinə götürdüyü öhdəliklərin icrasına xüsusi önəm verir, BMT-nin əsas insan hüquqları konvensiyaları çərçivəsində beynəlxalq hesabatlılıq mexanizmlərində fəal iştirak edir. 2025-ci ildə beynəlxalq təşkilatların seçkili orqanlarına irəli sürdüyü bütün namizədlərin dəstək qazanması və 14 namizədliyin hamısının uğurla nəticələnməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunduğunu, uzunmüddətli diplomatik fəaliyyətinin və çoxtərəfli əməkdaşlıq siyasətinin uğurunu nümayiş etdirir.

“Diqqətçəkən məqamlardan biri də seçilmiş qurumların fəaliyyət istiqamətlərinin olduqca geniş spektri əhatə etməsidir. Dayanıqlı inkişaf, sosial siyasət, miqrasiya, turizm, ətraf mühitin mühafizəsi, mədəni irsin qorunması və humanitar əməkdaşlıq sahələrini əhatə edən bu institutlarda təmsilçilik Azərbaycanın beynəlxalq gündəliyin müxtəlif istiqamətlərində fəal iştirak etmək potensialını göstərir. Xüsusilə, 2026-cı ilin iyun ayında keçirilən seçkilər nəticəsində Azərbaycanın nümayəndələrinin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinə (CEDAW), İnsan Hüquqları üzrə Komitəyə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) seçilməsi ölkəmizin beynəlxalq insan hüquqları mexanizmlərində iştirakını daha da genişləndirib. Bununla yanaşı, Azərbaycan artıq İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitədə (CESCR) və Bütün Miqrant İşçilərin və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsi üzrə Komitədə (CMW) də təmsil olunur. Bütün bunların nəticəsində Azərbaycan BMT-nin insan hüquqları üzrə fəaliyyət göstərən on müqavilə orqanından beşində təmsil edilən azsaylı dövlətlər sırasına daxil olub.

Bu nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun göstəricisi kimi dəyərləndirilməlidir. Son illər Azərbaycanın beynəlxalq arenada qazandığı diplomatik nailiyyətlər uzunmüddətli strateji planlamanın, uzaqgörənliklə verilmiş qərarların bəhrəsidir. Bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun nə dərəcədə doğru istiqamətləndiyini bir daha göstərir”, – deyə hüquqşünas əlavə edib.

Ə.Əliyev qeyd edib ki, beynəlxalq müqavilə orqanlarında təmsilçilik təkcə nüfuz göstəricisi deyil, həmçinin təcrübə mübadiləsi, beynəlxalq standartların inkişafı, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və insan hüquqlarının müdafiəsi sahəsində yeni yanaşmaların formalaşdırılması baxımından mühüm platformadır. Azərbaycanın beynəlxalq hüquqa sadiqliyi Konstitusiyada da öz əksini tapıb. Konstitusiyanın 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası digər dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Bu konstitusion yanaşma dövlətin beynəlxalq hüququn prinsiplərinə hörmət etdiyini, beynəlxalq əməkdaşlığın inkişafına və beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsinə xüsusi önəm verdiyini göstərir. Məhz bu hüquqi-siyasi yanaşma Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində etibarlı tərəfdaş kimi qəbul edilməsinin əsas amillərindən biri hesab oluna bilər.

“Azərbaycanın beynəlxalq təşkilatlarda artan təmsilçiliyi çoxtərəfli diplomatiya sahəsində əldə olunan uğurların davamlı xarakter daşıdığını göstərir. BMT, UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülən təşəbbüslər, mədəni irsin qorunması, multikulturalizm, humanitar əməkdaşlıq və dayanıqlı inkişaf sahələrində həyata keçirilən layihələr ölkəmizin beynəlxalq tərəfdaşlar tərəfindən etibarlı və məsuliyyətli aktor kimi qəbul edilməsini daha da möhkəmləndirib. Eyni zamanda, bu uğurlar yeni məsuliyyətlər də yaradır. Beynəlxalq müqavilə orqanlarında təmsilçilik insan hüquqları sahəsində beynəlxalq standartların tətbiqinə, hüquqi islahatların davam etdirilməsinə, dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının genişlənməsinə və milli institutların fəaliyyətinin gücləndirilməsinə əlavə imkanlar açır. Qarşıdakı dövrdə bu imkanlardan səmərəli istifadə Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə və insan hüquqlarının daha səmərəli təmin olunmasına xidmət edəcək”, – deyə o vurğulayıb.

Əvvəlki Yazı

Deputat: Azərbaycanın rəqəmsal inkişaf strategiyası ölkəni regional texnologiya mərkəzinə çevirəcək

Növbəti Yazı

Siyasi şərhçi: İctimai rəy sorğularında yüksək etimad Prezidentin uğurlu dövlət siyasətinin nəticəsidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.