Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Monakoda iş adamı Vadim Yermolayevə qarşı sui-qəsd cəhdində şübhəli bilinən Anastasiya Berezovskayanın cəsədinin Kiyev yaxınlığında tapıldığını və onun qətli ilə bağlı iki nəfərin, o cümlədən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) fəal əməkdaşının həbs olunduğunu təsdiqləyib.
Ukrayna Təhlükəsizlik Xidmətinin Telegram kanalının məlumatına görə, saxlanılan ikinci şəxs Ukrayna hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşıdır.
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin saxlanılan əməkdaşı Berezovskayanın qətlini onunla birlikdə törətdiyini bildirib.
