ABŞ, Polşa, Almaniya, Niderland və İsveç Ankarada keçirilən NATO sammiti çərçivəsində Avropada Patriot sistemləri üçün PAC-3 raket xidmət mərkəzinin yaradılması barədə saziş imzalayıblar. Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış bildirib.
Kosinyak-Kamış özünün X sosial media səhifəsində yazıb: “Biz ABŞ, Almaniya, Hollandiya və İsveçlə Avropada Patriot sistemləri üçün PAC-3 raket xidmət mərkəzinin yaradılması barədə müqavilə imzaladıq”. (Tass)
