Yaxın Şərq hava nəqliyyatının idarə olunmasındakı mənbə TASS-a bildirib ki, ABŞ-a məxsus iki Boeing KC-135R Stratotanker tanker təyyarəsi və bir Boeing P-8A Poseidon sualtı qayıq əleyhinə patrul təyyarəsi hazırda Fars körfəzinin neytral suları üzərində uçur.
Agentliyin mənbəsi bildirib ki, “Hazırda Fars körfəzinin neytral suları üzərində üç Amerika hərbi təyyarəsi – iki Boeing KC-135R Stratotanker və bir Boeing P-8A Poseidon – uçuş həyata keçirir. Onlardan biri İran hava nəqliyyatı dispetçerləri tərəfindən idarə olunan hava məkanının sərhədi yaxınlığında dairəvi şəkildə uçur”. O qeyd edib ki, təyyarələr mülki aviasiya üçün nəzərdə tutulmuş uçuş dəhlizlərindən istifadə etməklə 5-8 kilometr yüksəklikdə uçur.
