İran silahlı qüvvələri Bəhreyn sahillərində bir neçə Amerika hərbi gəmisinə qanadlı raketlərlə hücum edib. Bu barədə İslam Respublikasının dövlət televiziyası məlumat yayıb.
Telekanal İran hərbi sözçüsünə istinadən xəbər verir ki, “İran qüvvələri Bəhreyn sahillərində yerləşən Amerika gəmilərinə qanadlı raketlər atıb”.
Hücuma məruz qalanlar arasında Amerika esminesi də olduğu bildirilir. ABŞ hərbi gəmilərinə dəyən mümkün ziyan barədə heç bir məlumat yoxdur. (Tass)
