İyul 24, 2026-2:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın Orta Dəhlizdə artan rolu Almaniya ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır 

2026:07:22 - 14:09
in SİYASƏT
A A

Azərbaycan–Almaniya münasibətlərinin son illərdə inkişafında yüksəksəviyyəli siyasi dialoq və qarşılıqlı səfərlər mühüm rol oynayır. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri və keçirdiyi görüşlər iki ölkə arasında münasibətlərin gündəliyinin genişlənməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov söyləyib.

“Azərbaycan Prezidentinin Almaniya rəhbərliyi ilə təmasları ikitərəfli münasibətlərin yalnız siyasi müstəvidə deyil, həm də praktiki əməkdaşlıq sahələrində inkişafına şərait yaradıb. Keçirilən görüşlər zamanı enerji, investisiya, sənaye, rəqəmsal texnologiyalar, yaşıl enerji və nəqliyyat kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bu baxımdan yüksəksəviyyəli səfərlər iki ölkə arasında mövcud əməkdaşlıq potensialının daha səmərəli istifadəsi üçün mühüm platforma rolunu oynayır.

Azərbaycan–Almaniya münasibətlərinin inkişafında Berlində imzalanmış İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır. Bu sənəd ali səviyyədə aparılan siyasi dialoqun və son illərdə formalaşan etimad mühitinin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirərək enerji, iqtisadiyyat, nəqliyyat, innovasiya, elm, təhsil və təhlükəsizlik sahələrində tərəfdaşlığın daha da dərinləşdirilməsinə zəmin yaradır”,- deyə N.Həsənov vurğulayıb.

Deputat qeyd edib ki, iqtisadi əlaqələr Azərbaycan–Almaniya tərəfdaşlığının mühüm istiqamətlərindən biridir. Almaniya Azərbaycanın Avropa İttifaqı daxilində əsas iqtisadi tərəfdaşlarından biri hesab olunur. İki ölkə arasında ticarət dövriyyəsi, investisiya imkanları və biznes əlaqələri genişlənməkdədir. Alman şirkətləri Azərbaycanda enerji, sənaye, nəqliyyat, tikinti, texnologiya və xidmət sahələrində fəaliyyət göstərir. Eyni zamanda, tərəflər əməkdaşlığın qeyri-neft sektorunda genişləndirilməsində və yeni investisiya layihələrinin həyata keçirilməsində maraqlıdırlar.

Enerji sahəsi isə Azərbaycan–Almaniya münasibətlərinin strateji istiqamətlərindən biri olaraq qalır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və etibarlı enerji tərəfdaşı kimi mövqeyi Almaniya ilə əlaqələrin inkişafında mühüm amildir. Prezident İlham Əliyevin Almaniyanın Federal Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında qeyd etdiyi kimi, ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,5 milyard dollar təşkil edib və Azərbaycan Almaniyaya əsasən xam neft ixrac edib. Dövlətimizin başçısının sözlərinə görə, Azərbaycan tələb olunan həcmdə neft tədarük etmək imkanına malikdir və bu əməkdaşlıq həm ölkənin daxili resursları, həm də SOCAR-ın imkanları hesabına həyata keçirilə bilər.

“Almaniya tərəfi də Azərbaycanın enerji sahəsində rolunu yüksək qiymətləndirir. Federal Kansler Fridrix Merts Azərbaycanın Almaniya üçün mühüm əhəmiyyət daşıdığını və daha böyük həcmdə qaz tədarükü imkanlarının yaradılmasının vacibliyini vurğulayıb. Bu məsələnin imzalanmış Birgə Bəyannamədə öz əksini tapması enerji əməkdaşlığının iki ölkə münasibətlərində strateji əhəmiyyətini bir daha göstərir.

Bununla yanaşı, Azərbaycan–Almaniya münasibətləri yalnız enerji ilə məhdudlaşmır. Nəqliyyat və logistika, xüsusilə Azərbaycanın Orta Dəhlizdə artan rolu Almaniya ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarının inkişafı Avropa ilə Asiya arasında daha dayanıqlı əlaqələrin qurulmasına xidmət edir.

Regional təhlükəsizlik və sülh məsələləri də ikitərəfli dialoqun mühüm hissəsidir. Almaniyanın Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasına diqqət göstərməsi regionda davamlı sülh və əməkdaşlıq mühitinin formalaşması baxımından əhəmiyyətlidir.

Hazırda iki ölkə arasında əməkdaşlıq siyasi dialoqdan iqtisadiyyat, enerji, nəqliyyat, innovasiya və humanitar sahələrədək geniş bir spektri əhatə edir. Qarşılıqlı maraqlar və formalaşmış etimad mühiti Azərbaycan ilə Almaniya arasında tərəfdaşlığın gələcəkdə daha da inkişaf edəcəyini göstərir”,- deyə o əlavə edib.

Əvvəlki Yazı

Prezidentin Almaniyaya rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yeni mərhələsinin başlandığını deməyə əsas verir

Növbəti Yazı

Müasir dövrdə informasiya məkanı qlobal rəqabətin əsas sahələrindən biridir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.