İyul 23, 2026-0:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Müasir dövrdə informasiya məkanı qlobal rəqabətin əsas sahələrindən biridir

2026:07:22 - 14:19
in SİYASƏT
A A

Milli Mətbuat Günü Azərbaycan mətbuatının yaranmasının, söz və fikir azadlığının, peşəkar jurnalistikanın inkişafının və cəmiyyətin maariflənməsində mətbuatın misilsiz rolunun qeyd olunduğu əlamətdar tarix olmaqla yanaşı, milli mətbuat tariximizin zəngin irsinə, maarifçilik ənənələrinə və müstəqil informasiya məkanının inkişafına verilən yüksək dəyərin ifadəsidir. 1875-ci il iyulun 22-də görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabi ilk dəfə Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsasını qoyub. O dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstəriblər. Cəmi 56 nömrəsinin işıq üzü görməsinə baxmayaraq, “Əkinçi” xalqın milli oyanışında, elm və təhsilin təbliğində, ana dilinin inkişafında, ictimai şüurun formalaşmasında və maarifçilik ideyalarının yayılmasında mühüm rol oynayıb, sonrakı dövrlərdə yaranan milli mətbuat orqanları üçün möhkəm təməl olub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilib. Xüsusilə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə mətbuatın azad fəaliyyəti üçün hüquqi baza daha da möhkəmləndirilib, 1998-ci ildə ölkədə senzura tamamilə ləğv edilib, bu isə demokratik cəmiyyətin inkişafında mühüm mərhələ kimi tarixə düşüb. Nəticə etibarilə, informasiya azadlığının təmin edilməsi, jurnalistikanın müstəqilliyinin gücləndirilməsi və media institutlarının inkişafı üçün geniş imkanlar yaranıb. Sonra isə Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanıb və qəbul olunub. Hazırda Azərbaycanda media sahəsinin müasir çağırışlara uyğun inkişafı istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir. Rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda media sektoru yeni imkanlar qazanıb, informasiya təhlükəsizliyi, peşəkarlıq, operativlik və obyektivlik daha da ön plana çıxıb.

“Jurnalistlər cəmiyyətin düzgün və operativ məlumatlandırılması, milli maraqların qorunması, dövlətçilik ənənələrinin təbliği və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm missiya daşıyırlar. Çünki müasir dövrdə informasiya məkanı qlobal rəqabətin əsas sahələrindən birinə çevrilib. Dezinformasiya və informasiya manipulyasiyalarına qarşı mübarizədə peşəkar jurnalistikanın rolu daha da artıb. Etibarlı informasiya mənbələrinin mövcudluğu cəmiyyətin sağlam inkişafının, vətəndaşların düzgün məlumatlandırılmasının və ictimai etimadın qorunmasının vacib şərtlərindən biridir. Belə ki, Azərbaycan mediası 44 günlük Vətən müharibəsi dövründə də yüksək peşəkarlıq nümayiş etdirərək ölkənin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya mübarizəsində dövlətin mövqeyinin müdafiəsində və cəmiyyətin operativ məlumatlandırılmasında mühüm rol oynayıb. Bu dövrdə jurnalistlər böyük məsuliyyət və fədakarlıq göstərərək informasiya cəbhəsində əhəmiyyətli fəaliyyət həyata keçiriblər”,-deyə deputat diqqətə çatdırıb.

Pərvanə Vəliyeva vurğulayıb ki, milli mətbuatın inkişafı yalnız jurnalistlərin deyil, bütövlükdə cəmiyyətin inkişafı deməkdir. Güclü media demokratik dəyərlərin möhkəmlənməsinə, şəffaflığın təmin olunmasına, ictimai nəzarətin güclənməsinə və vətəndaşların məlumat almaq hüququnun reallaşmasına xidmət edir. Eyni zamanda, media milli-mənəvi dəyərlərin, dilimizin, mədəniyyətimizin və tariximizin gələcək nəsillərə çatdırılmasında mühüm vasitələrdən biridir.

Əvvəlki Yazı

Azərbaycanın Orta Dəhlizdə artan rolu Almaniya ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır 

Növbəti Yazı

Günay Əfəndiyeva: Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.