Macarıstan parlamenti mənimsənildiyi iddia edilən dövlət aktivlərinin geri qaytarılması ilə məşğul olmaq üçün yeni bir antikorrupsiya orqanının yaradılmasına səs verib. Bu barədə Macarıstanın Baş naziri Peter Magyar bildirib.
“Biz Milli Aktivlərin Bərpası və Qorunması Orqanının yaradılmasına səs verdik. Onun mümkün qədər tez işə düşməsi üçün əlimizdən gələni edəcəyik”, – deyə o, Facebook səhifəsində yazıb.
“Nepszava” qəzetinin məlumatına görə, 143 deputat lehinə, 47 nəfər əleyhinə səs verib. (Tass)
