Bakı Mühəndislik Universitetində (BMU) ali təhsil müəssisələrinə qəbul prosesi çərçivəsində abituriyentlərə operativ məlumat və peşəkar məsləhət dəstəyi göstərmək məqsədilə qəbul üzrə müraciət mərkəzi fəaliyyət göstərir.
Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib.
Abituriyentlər iş günləri aşağıda qeyd olunan əlaqə vasitələri ilə universitetə müraciət edərək onları maraqlandıran suallara cavab ala bilərlər:
Telefon: (+994 12) 349 99 53
Mobil: (+994 50) 657 94 55
Müraciət mərkəzi vasitəsilə abituriyentlər BMU-da qəbul aparılan ixtisaslar, ikili diplom proqramları, qəbul və müsabiqə şərtləri, ixtisas seçimi zamanı nəzərə alınmalı vacib məqamlar, təhsil imkanları və qəbul prosesi ilə bağlı digər məsələlər haqqında ətraflı məlumat əldə edə bilərlər.
