Gürcüstanda C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 türk hərbçisinin cənazəsi Ankaradakı Mürted Türkiyə Hərbi Hava Qüvvələri bazasına çatdırılıb, A Haber telekanalı xəbər verir.
Cümə günü səhər respublika rəhbərliyinin iştirakı ilə hərbçilərlə vida mərasimi planlaşdırılır.
