Amerikanın “Gerald R. Ford” təyyarədaşıyan gəmisi bir neçə gün ərzində Venesuela sahillərinə yaxınlaşacaq. Bu barədə cümə axşamı Associated Press (AP) məlumat yayıb.
Agentlik qeyd edir ki, təyyarədaşıyan gəminin gəlişi regionda “ABŞ-ın hərbi gücünün əhəmiyyətli dərəcədə artması” deməkdir. Pentaqon oktyabrın 24-də Mərkəzi və Cənubi Amerika və Karib hövzəsini əhatə edən ABŞ-ın Cənub Komandanlığının məsuliyyət zonasına yerləşdirildiyini elan etdi.
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Pit Heqset narkotik kartelləri ilə mübarizə üçün “Cənub nizəsi” əməliyyatına başladığını açıqlamışdı. Rəsmi qeyd edib ki, əməliyyata ABŞ-ın Cənub Komandanlığı, həmçinin xüsusi yaradılmış qüvvə rəhbərlik edəcək. (Tass)
