ABŞ-ın İranla bağlı razılaşmaya səbri məhduddur; Amerika qoşunları İslam Respublikasına qarşı zərbələri bərpa edə bilər. Bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
“Biz səbirliyik, amma bu, sonsuz deyil. Prezident [ABŞ] Donald Tramp həmişə sülh sazişinə üstünlük verir və indiyə qədər etdiyimiz hər şey müdafiə xarakterli olub və biz bu yanaşmanı davam etdiririk. Lakin Prezident Tramp sülh sazişi bağlaya bilməyəcəyimizə qərar verərsə, kinetik [zərbələrə] qayıdacağıq”, – deyə o bildirib.
