ABŞ Maliyyə Naziri Skott Bessent Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Vaşinqtonun Tehrana qarşı məhdudiyyətlərinin aradan qaldırılması prosesi ləng gedəcək.
“Təkrar edirəm, razılaşmanın [müddəalarını] açıqlamayacağam, amma bunun çox yavaş baş verəcəyi fərziyyəsindən çıxış edərdim”, – deyə o, İranın nüvə proqramı ilə bağlı məsələlər həll olunmazdan əvvəl Amerikanın məhdudlaşdırıcı tədbirlərinin ləğv edilməsi ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib. (Tass)
