ABŞ Nümayəndələr Palatasının üzvü Pet Rayanın (D-NY) sözlərinə görə, ABŞ İranla müharibə zamanı Tomahawk qanadlı raketlərinin üçdə birindən çoxunu və THAAD və Patriot tutucularının yarısını sərf edib.
“Əsasən müharibənin ilk dörd həftəsində çox sayda uzaqmənzilli raket sərf etdik – arsenalımızın 20%-ni təşkil edən 1000-dən çox JASSM [kruiz] raketi, arsenalımızın 30%-dən çoxunu təşkil edən 850-dən çox Tomahawk raketi. Buradakı bir çoxunuz ildə 80 Tomahawk raketi istehsal etdiyimizi bilirsiniz. Beləliklə, dörd həftə ərzində hazırkı istehsal tempində 10 illik [Tomahawk] ehtiyatımızı tükəndirdik”, – deyə millət vəkili dinləmə zamanı bildirib. “Həmçinin, həmin dövrdə THAAD və Patriot [hava və raketdən müdafiə] tutucularımızın yarısını sərf etdik”, – deyə Rayan qeyd edib.
