Oreqon Dairə Məhkəməsi ABŞ prezidenti Donald Trampın Portlenddə iğtişaşlarla mübarizə üçün Milli Qvardiya qoşunlarını yerləşdirməsini müvəqqəti olaraq qadağan edib.
Məhkəmənin onlayn məlumat bazasında dərc edilən qərarda deyilir: “Məhkəmə iddiaçıların müvəqqəti həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətini təmin edir”. Qərar oktyabrın 18-dək qüvvədə olacaq.
Sentyabrın 27-də Tramp “daxili terrorizmlə” mübarizə aparmaq üçün Oreqon ştatının ən böyük şəhərinə qoşun yeritməyi əmr edib. Prezident deyib ki, bu qoşunlar “müharibədən zərər çəkmiş Portlend və Antifa və digər yerli terrorçuların hücumu altında olan istənilən ICE (ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi) obyektlərini qorumaq üçün” lazımdır.
Sentyabrın 28-də Oreqon ştatının baş prokuroru Den Reyfild Tramp administrasiyasına qarşı “Milli Qvardiyanın qeyri-qanuni federallaşdırılması” ilə bağlı iddia qaldırıb.
