Tbilisidə şənbə günü etiraz aksiyası zamanı azı 32 polis əməkdaşı yaralanıb, onlardan biri ağırdır. Bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə məlumat verib.
“Ümumilikdə 32 polis əməkdaşı yaralanıb. Onlardan 30-u yüngül, biri ağır yaralanıb, amma xoşbəxtlikdən onun vəziyyəti stabildir, birinin isə orta dərəcəli xəsarətləri var”, – Daraxvelidze bildirib.
Bazar günü gecə Daxili İşlər Nazirliyi etiraz aksiyasının beş təşkilatçısı, o cümlədən Zodelava və opera müğənnisi Paata Burçuladzeni hökumətin devrilməsinə çağırış və qrup zorakılığının təşkilinə görə həbs edib. Onları 9 ilə qədər həbs gözləyir.
