ABŞ İranın Mahan Air aviaşirkəti ilə əlaqəli olduğu iddia edilən bir Rusiya şirkətinə və daha dörd quruma sanksiya tətbiq edib. Müvafiq bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.
Bu məlumatlara görə, Moskvada yerləşən Air Cargo Pro nəqliyyat şirkətinə, eləcə də Çin, İran və Hindistandan olan dörd şirkətə məhdudiyyətlər tətbiq edilib. Sanksiyalar həmçinin Çin vətəndaşına da tətbiq edilib. ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti tərəfindən yayımlanan açıqlamada məhdudiyyətlərin hədəf alındığı şəxslərin ABŞ-ın sanksiya siyahısında olan İranın Mahan Air aviaşirkəti ilə əməkdaşlıq etdiyi bildirilib. Sanksiya siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulmasını nəzərdə tutur və Amerika vətəndaşlarına və şirkətlərinə siyahıda olanlarla iş görməyi qadağan edir. (Tass)
