Pentaqon Milli Qvardiyanın minlərlə əməkdaşına 2026-cı il yanvarın 1-dək vətəndaş iğtişaşları ilə bağlı təlim keçməyi əmr edib.Bu barədə The Washington Post (WP) qəzetin əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.
“Pentaqon Milli Qvardiyanın çevik reaksiya qüvvələrinin vətəndaş iğtişaşlarının yatırılmasında hüquq-mühafizə orqanlarına kömək etmək qabiliyyətini təmin etmək üçün istifadə planlarını nəzərdən keçirir”, – ABŞ Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən bir rəsmi bildirib.
WP-nin məlumatına görə, Milli Qvardiyanın çevik cavab qüvvələrinin ümumi sayı 2026-cı il aprelin 1-dək 23500 şəxsi heyətə çatacaq.
Avqustun 11-də ABŞ prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün Vaşinqtona Milli Qvardiya qoşunlarının yeridildiyini elan edib. Yerləşdirmə elan edildikdən sonra bir həftə ərzində paytaxtda təxminən 300 nəfər həbs edilib. Tramp daha sonra qanunu və asayişi qorumaq üçün Milli Qvardiya qoşunlarının digər şəhərlərə, o cümlədən İllinoys ştatının Çikaqoya da yerləşdirilə biləcəyini bildirib. (Tass)
