Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxyi bəyan edib ki, Kiyev xarici jurnalistlərin Xarkov vilayətinin Kupyansk və DXR-in Krasnoarmeysk (Ukrayna adı: Pokrovsk) bölgələrində Ukrayna hərbçiləri tərəfindən blokadaya alınmış ərazilərə səfərlərini “Ukrayna qanunlarının pozulması” kimi qiymətləndirəcək.
Tıxinin fikrincə, belə səfərlər “Ukrayna qanunlarının pozulması” olardı. “Onların uzunmüddətli reputasiya və hüquqi nəticələri olacaq. Biz bunu diqqətlə izləyirik”, – Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü X-də yazıb. (Tass)
