ABŞ və Avstraliya nadir torpaq elementlərinin hasilatına dair saziş imzalayıb. Sənəd ABŞ prezidenti Donald Tramp və Avstraliyanın baş naziri Entoni Albanese arasında Ağ Evdə keçirilən görüşdə jurnalistlərin iştirakı ilə imzalanıb.
“Təxminən bir ildən sonra bizdə o qədər kritik minerallar və nadir torpaq elementləri olacaq ki, onlarla nə edəcəyinizi bilməyəcəksiniz. Onların qiyməti 2 dollar olacaq (bu, sadəcə qəpiklərdir). Hələlik biz Avstraliya və digər ölkələrlə işləyəcəyik”, – Amerika lideri bildirib. O əlavə edib ki, saziş artıq 4-5 aydır ki, işləyir. (Tass)
