2026-cı il yanvarın 1-dən Özbəkistana səfər edən ABŞ vətəndaşları üçün 30 günlük vizasız rejim tətbiq ediləcək. Prezident Şavkat Mirziyoyev noyabrın 3-də müvafiq fərman imzalayıb .
Sərəncamda qeyd olunur ki, tədbir iki ölkə arasında ticarət-iqtisadi, mədəni-humanitar əlaqələrin daha da inkişafı üçün əlverişli şərait yaratmaq, turizm mübadiləsini stimullaşdırmaq məqsədi daşıyır.
2021-ci ildən turizm məqsədi ilə səyahət edən 55 yaşdan yuxarı ABŞ vətəndaşları Özbəkistanda 30 günə qədər vizasız qala bilərlər.
May ayında Mirziyoyev həmçinin turist axınının kəskin artırılmasının zəruriliyi haqqında fərman imzalayıb və bununla bağlı Xarici İşlər Nazirliyinə ABŞ-a səfər edən Özbəkistan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi ilə bağlı Amerika tərəfi ilə danışıqlara başlamağı tapşırıb. (Tass)
