Avqust 15, 2026-3:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Rabatda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

2025:11:03 - 18:19
in SİYASƏT
A A

Rabatda Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan səfirliyində təşkil edilən tədbirə Azərbaycan icmasının üzvləri, Mərakeşin dövlət qurumlarının və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri, dost ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, yerli və xarici media nümayəndələri olmaqla, 150-yə yaxın qonaq qatılıb.

Səfir Nazim Səmədov çıxışında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun tarixə yazdığı möhtəşəm qəhrəmanlıq səhifəsi barədə danışıb. Qeyd edib ki, tarixi ədalətin, ərazi bütövlüyümüzün bərpa olunduğu 2020-ci ilin 8 noyabrı Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.

Diplomat vurğulayıb ki, şücaətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edib, ölkəmizin beynəlxalq sərhədləri daxilində suverenliyini bərpa edib. Eyni zamanda, tədbirdə azad olunmuş torpaqlarda aparılan böyük quruculuq işlərindən danışılıb. Qeyd olunub ki, işğalın dağıtdığı yerlərdə qısa müddət ərzində yeni-yeni yaşayış məskənlərinin, xəstəxanaların, məktəblərin və digər infrastrukturun yaradılması xalqımızı sevindirir. Köçkünlərin yurdlarına qayıdışı təkcə hərbi zəfərin deyil, həm də humanitar zəfərin nəticəsidir.

Eyni zamanda, diqqətə çatdırılıb ki, cari ilin avqustunda Vaşinqtonda Sülh müqaviləsinin paraflanması Cənubi Qafqazda sülhə, əməkdaşlığa əsaslanan yeni mərhələ açır.

Daha sonra xalq-Prezident birliyinin təntənəsi olan 44 günlük müharibədə qazanılan şanlı Zəfər Gününə həsr edilmiş film nümayiş olunub. Həmçinin qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilib.

Tədbirin sonunda iştirakçılar gənc pianoçu, beynəlxalq mükafatlar laureatı Eldəniz Əkbərzadənin ifasında zəngin klassik Azərbaycan musiqisi, eləcə də dünya bəstəkarlarının əsərlərindən parçalar dinləyiblər.

Əvvəlki Yazı

İrəvan qazısı: Qərbi Azərbaycanda dini ibadət ocaqlarının və dini müəssisələrin fəaliyyəti ilə bağlı addımlar atılacaq

Növbəti Yazı

ABŞ vətəndaşları 2026-cı ildən etibarən Özbəkistana 30 günə qədər vizasız səfər edə biləcəklər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.