Avqust 17, 2026-5:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

ADB: KOB-lar ekoloji dayanıqlılığın təmin edilməsi üçün əsas oyunçulardır

2025:10:08 - 13:15
in İQTİSADİYYAT
A A
KOB-lar və mikro müəssisələr təkcə iqtisadiyyatlarımızın mərkəzi elementləri deyil, həm də ekoloji dayanıqlılığın təmin edilməsində əsas oyunçulardır.

“Report” xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal II Azərbaycan Halal Biznes (AZHAB) Forumunun 2-ci günü çərçivəsində “Qlobal yaşıl keçid diskursunda KOB-ların rolunun artırılması: KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” mövzusunda panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, KOB-lar ÜDM-in artımını stimullaşdırmaqda və iş yerlərinin yaradılmasında mühüm rol oynayır: “Əvvəla onlar dünyadakı bütün müəssisələrin 90 %-ni təşkil edir. Asiya və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrində isə, mikro müəssisələr nəzərə alındıqda, bu pay demək olar ki, 98 %-ə qədər yüksəlir. Eyni zamanda, təxminlərə görə, KOB-lar qlobal istixana qazı emissiyalarının təxminən 40 %-ni təşkil edir. Beləliklə, onların fəal iştirakı uğurlu və inklüziv yaşıl keçid üçün zəruridir”.

ADB rəsmisi deyib ki, yaşıllaşdırma təkcə ətraf mühitin qorunması deyil, həm də uzunmüddətli rəqabətqabiliyyətliliyin artırılmasıdır: “Enerji səmərəliliyini yaxşılaşdırmaqla, dayanıqlı təcrübələri tətbiq etməklə, KOB-lar əməliyyat xərclərini azalda və yeni bazarlara çıxış sayəsində bazar mövqelərini gücləndirə bilərlər. Əlbəttə, biz dünyada bu müəssisələrin çoxunun üzləşdiyi problemləri qəbul etməliyik. Pozulmuş təchizat zəncirləri, iqlim dəyişikliyi səbəbindən yaranmış fasilələr, məhdud maliyyə buferləri, karbon tutumlu sektorlarda işləmə xərcləri, “yaşıl maliyyələşdirmə” mənbələrinə çıxış çətinlikləri, logistika və tranzit xərcləri, bütün bunlar xərclərə təsir edir və çətinliklər yaradır. Təmiz texnologiyalar üçün lazım olan ilkin investisiyalar da çox böyük ola bilər”.

ADB rəsmisi hesab edir ki, bu problemlərə baxmayaraq, hökumətlər, beynəlxalq tərəfdaşlar və yerli müəssisələr “yaşıl keçid”i təşviq etmək üçün birgə işləmək barədə düşünürlər: “Bu, bir sıra siyasətlər və maliyyə alətləri, həmçinin xüsusi vergi güzəştləri vasitəsilə həyata keçirilir”.

Əvvəlki Yazı

Azərbaycan Daşkənddə keçirilən VI Avrasiya Farmasevtika Sammitində təmsil olunur

Növbəti Yazı

İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.