Avqust 17, 2026-8:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan Daşkənddə keçirilən VI Avrasiya Farmasevtika Sammitində təmsil olunur

2025:10:08 - 12:55
in SOSİAL
A A

Oktyabrın 7-dən 9-dək Özbəkistanın innovativ elmi-istehsal əczaçılıq klasteri olan “Tashkent Pharma Park” texnoparkında Qlobal Əczaçılıq Liderləri Klubu ilə birgə təşkil olunan VI Avrasiya Farmasevtika Sammiti keçirilir.

AZƏRTAC özbək mediasına istinadla xəbər verir ki, əczaçılıq sənayesi, innovasiyalar, dövlət-özəl tərəfdaşlığın inkişafı və sənayenin davamlılığının təmin edilməsində əsas sahələrə həsr olunmuş sammit iştirakçılara qabaqcıl yanaşmaları müzakirə etmək üçün dəyərli platforma təqdim edir. Tədbirdə 11 ölkədən 300-dən çox mütəxəssis, o cümlədən Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, və Gürcüstanın əczaçılıq sənayesi tənzimləyiciləri, beynəlxalq və yerli farmasevtika şirkətlərinin rəhbərləri, distribütorlar, apteklər şəbəkəsinin nümayəndələri və sosial proqramlar üzrə ekspertlər iştirak edirlər.

Özbəkistan Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin direktoru Abdulla Əzizov Avrasiya ölkələri arasında farmasevtika sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə hesabat təqdim edib.

Sammitdə hökumətlərin təşəbbüsləri, yerli istehsalçılar və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə əhalinin yüksəkkeyfiyyətli və münasib qiymətə dərman vasitələrinə çıxışının təmin edilməsi ilə bağlı məsələlər müzakirə edilib. Qiymətləndirmə və təchizat zəncirinin rəqəmsallaşdırılması yolu ilə ictimai etimadın gücləndirilməsi, elektron reyestrlər və etiketləmə sistemləri vasitəsilə dərman vasitələrinin təhlükəsizliyinin və effektivliyinin təmin edilməsi, sənayenin gələcəyinin modelləşdirilməsi və ictimai maraqlara cavab verən həllərin işlənib hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində bir sıra beynəlxalq görüşlər keçirilir və razılaşmalar əldə olunur. Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi, elmi-tədqiqat işlərinin gücləndirilməsi, yüksək texnologiyalı dərmanların yerli istehsalı imkanlarını müzakirə edirlər.

Qonaqlar, həmçinin “Tashkent Pharma Park” texnoparkının fəaliyyəti, onun imkanları, həyata keçirilən layihələr, gələcək inkişaf istiqamətləri haqqında da məlumat əldə ediblər.

VI Avrasiya Farmasevtika Sammiti oktyabrın 9-da başa çatacaq.

Əvvəlki Yazı

Türk dünyasının strateji həmrəyliyi: Qəbələ Zirvə Görüşü yeni mərhələnin başlanğıcıdır

Növbəti Yazı

ADB: KOB-lar ekoloji dayanıqlılığın təmin edilməsi üçün əsas oyunçulardır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.