Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə ABŞ-ın Venesuela hakimiyyətindən İran, Çin, Kuba və Rusiya ilə əlaqələri kəsməsini tələb edib-etməməsi ilə bağlı suala birbaşa cavab verməkdən yayındı.
Ondan müvafiq Amerika mediasının xəbərləri ilə bağlı şərh verməsi istənilib. “Bu iddia edilən tələblər Dövlət Katibi [Marko] Rubio tərəfindən qapalı brifinqdə irəli sürülüb. Bilirəm ki, bu qapalı brifinqlərdən çoxlu məlumat sızması var, ona görə də Dövlət Katibinin Konqres üzvlərinə qapalı iclasda dediklərini nə təsdiqləyəcəyəm, nə də təkzib edəcəyəm”, – deyə o bildirib.
Ağ Evin mətbuat katibi əlavə edib ki, “Amma düşünürəm ki, administrasiya Venesueladakı müvəqqəti hakimiyyət orqanlarına bunun Qərb yarımkürəsi olduğunu aydın şəkildə bildirib. Amerikanın [bu bölgədə] dominantlığı bu prezidentin rəhbərliyi altında davam edəcək”. (Tass)
