ABŞ prezidenti Donald Tramp Norveçin ona Nobel Sülh Mükafatını verməməklə axmaqlıq etdiyini iddia edir. O, bunu “Truth Social”da yazıb.
O, xüsusilə qeyd edib ki, onun müdaxiləsi olmasaydı, Rusiya “indi bütün Ukraynaya nəzarət edəcəkdi”. “Həmçinin, unutmayın ki, mən təkbaşına səkkiz münaqişəyə son qoydum və NATO üzvü olan Norveç mənə Nobel Sülh Mükafatını verməməklə axmaqlıq etdi”, – deyə Tramp NATO-nu tənqid edərək yazıb. (Tass)
