16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Ağcabədidə traktorun təkəri altında qalan kənd sakini vəfat edib

Ağcabədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaraxanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb. Bu zaman traktorun pilləkənində dayanan həmkəndlisi Faiz Rzayev müvazinətini itirərək yerə yıxılıb və təkərin altında qalıb.

Ağır xəsarət alan F.Rzayev təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.