Avqust 3, 2026-1:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ali məktəblərə qəbul: Keçid ballarında hansı dəyişikliklər gözlənilir?

2026:07:30 - 11:15
in SOSİAL
A A
Ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçimi mərhələsinin avqustun 10-dan sonra başlanacağı gözlənilir. Bu il bəzi ixtisas qruplarında keçid ballarında artım, bəzi istiqamətlərdə isə müəyyən dəyişikliklər proqnozlaşdırılır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Elçin Əfəndi söyləyib. Ekspertin sözlərinə görə, V ixtisas qrupu üzrə ötən illərlə müqayisədə keçid ballarında müəyyən dəyişikliklərin baş verməsi gözlənilir. I ixtisas qrupunda isə xüsusilə riyaziyyat-informatika altqrupu üzrə ciddi rəqabət müşahidə olunacaq. Kimya altqrupunda vəziyyətin əsasən ötənilki səviyyədə qalacağı proqnozlaşdırılır.

“II ixtisas qrupunda yüksək bal toplayanların sayı nisbətən az olsa da, 150-500 bal aralığında abituriyent sıxlığı müşahidə edilir. Bu isə bəzi ixtisaslarda keçid ballarının yüksəlməsinə səbəb ola bilər. Bəzi ixtisaslarda keçid ballarında 10-15, ayrı-ayrı hallarda isə 25-30 baladək artım müşahidə oluna bilər. III ixtisas qrupunda da yüksək nəticə göstərənlərin sayı çoxdur. Bu səbəbdən xüsusilə yüksək keçid balı formalaşan ixtisaslarda artım ehtimalı yüksək qiymətləndirilir. IV ixtisas qrupunda tibb ixtisasları üzrə rəqabətin güclənəcəyi gözlənilir. Bu qrup üzrə 500 və 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı kifayət qədər çoxdur. Bu amil tibb, stomatologiya, ictimai səhiyyə, fizioterapiya kimi ixtisaslarda keçid ballarının yüksəlməsinə təsir göstərə bilər”, – deyə ekspert qeyd edib.

Elçin Əfəndi qeyd edib ki, bu il Qarabağ Universitetində stomatologiya ixtisası üzrə ilk dəfə tələbə qəbulu aparılacaq. Ali təhsil müəssisəsində tibb, tibb bacısı işi, biotexnologiya və digər ixtisaslar üzrə də qəbul həyata keçiriləcək. Onun fikrincə, Qarabağ Universitetinə maraq kifayət qədər yüksəkdir. Universitetdə yaradılmış müasir infrastruktur, əlverişli tədris mühiti və güclü akademik heyət abituriyentlərin diqqətini cəlb etdiyindən burada keçid ballarının da yüksək formalaşacağı gözlənilir.

Ekspert 150 ballıq ixtisaslarla bağlı yayılan yanlış məlumatlara da aydınlıq gətirib : “150 bal toplamaq qəbul olmaq demək deyil. Bu nəticə yalnız müsabiqədə iştirak hüququ yaradır. Yekun qəbul isə həmin ixtisas üzrə formalaşan müsabiqə vəziyyətindən və keçid balından asılıdır. Abituriyentlər “150 bal topladım, mütləq qəbul olacağam” düşüncəsindən uzaq olmalıdırlar. Ümumilikdə, abituriyentin müsabiqədə iştirak etməsi üçün topladığı ümumi bal azı 150 olmalı, blok imtahanı üzrə nəticəsi isə minimum 50 bal təşkil etməlidir. Bu qayda bütün ixtisas qruplarına şamil olunur. I ixtisas qrupunda aqronomluq, aqromühəndislik, meşəçilik, şərabçılıq, balıqçılıq, yer quruluşu və ekologiya mühəndisliyi, həmçinin qabiliyyət imtahanı tələb olunan memarlıq ixtisası 150 ballıq ixtisaslar sırasındadır. II ixtisas qrupunda biznesin idarə edilməsi, marketinq, turizm işinin təşkili və turizm bələdçiliyi, III ixtisas qrupunda sosial iş, muzeyşünaslıq, abidələrin qorunması, islamşünaslıq və regionşünaslıq, IV ixtisas qrupunda isə ekologiya, bağçılıq və tərəvəzçilik, subtropik bitkilər və çayçılıq, baytarlıq təbabəti kimi ixtisaslar bu kateqoriyaya daxildir. Ali təhsil müəssisələrinə qəbulda təkcə abituriyentlər deyil, eyni zamanda, subbakalavrlar iştirak edirlər. Lakin müsabiqə zamanı ilk növbədə abituriyentlər yerləşdirildiyindən subbakalavrların qəbul imkanları daha çox II ixtisas qrupunda qiymətləndirilir. I və IV qruplarda bu imkanlar məhdud, III qrupda isə olduqca aşağıdır. Bu il ali təhsil müəssisələrinə qəbul üçün 131 mindən çox şəxs qeydiyyatdan keçib. Eyni zamanda, 350 baldan yuxarı nəticə göstərənlərin sayında artım müşahidə olunub ki, bu da ümumi rəqabətin daha da güclənəcəyini göstərir”.

Təhsil eksperti valideynləri və abituriyentləri ixtisas seçimində tələsməməyə çağırıb. O vurğulayıb ki, ixtisas seçimi gənclərin gələcək təhsil və peşə həyatını müəyyənləşdirən vacib qərarlardan biridir. Buna görə də seçim zamanı əmək bazarının tələbləri, ixtisasın perspektivləri, universitetin təhsil keyfiyyəti, təhsil haqqı və ailənin maliyyə imkanları diqqətlə qiymətləndirilməlidir. Abituriyentlər yalnız bugünkü vəziyyəti deyil, universiteti bitirdikdən sonrakı dövrü də nəzərə almalı, gələcəkdə daha çox tələbat olacaq sahələrə üstünlük verməlidirlər. Eyni zamanda, yaşayış yeri, nəqliyyat xərcləri, yataqxana imkanları və xaricdə təhsil perspektivləri kimi amillər seçim prosesində mühüm rol oynayır.

Elçin Əfəndi ixtisas seçimi ilə bağlı yaranan əsassız təşvişlərə də toxunaraq qeyd edib ki, seçimlərin ilk günlərdə təsdiqlənməsinin hər hansı üstünlüyü yoxdur. Abituriyentlər ayrılmış müddətin son gününədək seçimlərini edə bilərlər. Buna görə də qərarlar tələsik deyil, araşdırılmış və düşünülmüş şəkildə verilməlidir.

Əvvəlki Yazı

AP: Vasitəçilər son hücumlardan sonra ABŞ və İran arasında atəşkəs əldə etməyə çalışırlar

Növbəti Yazı

Azərbaycan Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.