Bild qəzeti mənbələrə istinadən xəbər verir ki, Almaniya bu həftə öz qoşunlarını Qrenlandiyaya göndərəcək.
Nəşrin məlumatına görə, əvvəlcə Bundesver (Almaniya Silahlı Qüvvələri) şəxsi heyətindən ibarət qabaqcıl qrup göndəriləcək. Almaniya Müdafiə Nazirliyinin sözçüsü “Bild” qəzetinə bildirib ki, bu məlumatı nə təsdiqləyə, nə də təkzib edə bilər. Qəzetin məlumatına görə, əməliyyat yanvarın 15-də başlaya bilər. Almaniya hökumətindəki və Bundestaqdakı (parlament) mənbələr ilk kəşfiyyat qrupunun yanvarın 15-də yola düşəcəyini bildiriblər. (Tass)
