Nə Rusiya, nə də Çin Qrenlandiya bölgəsində təhlükəsizlik təhdidi yaratmır. Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen bunu ABŞ administrasiyası ilə danışıqlardan sonra Vaşinqtonda keçirilən mətbuat konfransında etiraf edib.
“Çin və Rusiyadan heç bir təcili təhlükə yoxdur, ən azından öhdəsindən gələ bilməyəcəyimiz təhlükə yoxdur. Məsələn, Çin investisiyası. Danimarka və Qrenlandiya arasında sıx əməkdaşlıq sayəsində bundan yayınmışıq”, – deyə o bildirib.
