İyul 28, 2026-1:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Almaniya ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasət kursunun vacib istiqamətlərindəndir 

2026:07:27 - 17:25
in SİYASƏT
A A

Müasir beynəlxalq münasibətlər sistemində Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü hesab olunan Almaniya ilə münasibətlərin inkişafı Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun vacib istiqamətlərindən biridir. Bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya səfəri yalnız iki dövlət arasında mövcud siyasi dialoqun davamı deyil, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat, sənaye, innovasiya, təhsil və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm diplomatik hadisədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

S.Salmanova bildirib ki, son illər dünyada enerji təhlükəsizliyi məsələsinin aktuallaşması Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırıb: “Bu gün Avropanın bir sıra ölkələri Azərbaycan qazından istifadə edir və yeni əməkdaşlıq istiqamətləri formalaşır. Almaniya enerji keçidi və alternativ enerji mənbələrinin inkişafı sahəsində geniş təcrübəyə malikdir. Azərbaycan isə zəngin bərpaolunan enerji potensialına sahib ölkə kimi yaşıl enerji strategiyasını uğurla həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonası elan olunması, Günəş və külək enerjisi layihələrinin reallaşdırılması, yaşıl hidrogen istehsalı ilə bağlı perspektivlər iki ölkə arasında əməkdaşlığın yeni məzmun qazanmasına şərait yaradır. Almaniyanın texnoloji imkanları ilə Azərbaycanın təbii resurs potensialının birləşdirilməsi gələcəkdə strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə zəmin yarada bilər”.

Milli Məclisin deputatı qeyd edib ki, iqtisadi əməkdaşlıq Azərbaycanla Almaniya arasındakı münasibətlərin əsas sütunlarından biridir. Almaniya Azərbaycanın Avropadakı ən böyük ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizdə həyata keçirilən investisiya layihələrində də fəal iştirak edir. Azərbaycanın əlverişli investisiya mühiti, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar və biznes fəaliyyətinin təşviqi Almaniya iş adamlarının ölkəmizə marağını artırır. Bu gün Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də regional sənaye və logistika mərkəzidir. Həyata keçirilən iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafı sürətlənib, sənaye parkları və sənaye zonaları yaradılıb, ixracyönümlü istehsal təşviq edilir. Almaniyanın qabaqcıl sənaye texnologiyalarının və innovativ idarəetmə təcrübəsinin bu proseslərə cəlb olunması qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlərini formalaşdıra bilər.

Prezident İlham Əliyevin iyulun 20-də Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyətinə toxunan deputat vurğulayıb ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində yeni güc balansları formalaşır, regional təhlükəsizlik məsələləri daha böyük aktuallıq qazanır. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması ölkəmizin əsas prioritetləri sırasındadır. Almaniya ilə aparılan müzakirələr də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

S.Salmanova, həmçinin deyib ki, humanitar sahədə əməkdaşlıq Azərbaycan–Almaniya münasibətlərinin mühüm istiqamətlərindən biridir: “Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahəsində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Almaniya universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında qurulan əlaqələr, akademik mübadilə proqramları və birgə elmi tədqiqatlar gələcək əməkdaşlığın insan kapitalı bazasını formalaşdırır. Bununla yanaşı, rəqəmsal transformasiya, süni intellekt, innovasiya, kibertəhlükəsizlik və yaşıl iqtisadiyyat kimi istiqamətlər yeni dövrün əsas inkişaf prioritetləri hesab olunur”.

Əvvəlki Yazı

Mina problemi iqtisadi inkişafın, sosial təhlükəsizliyin və regional inteqrasiyanın əsas çağırışlarından biridir 

Növbəti Yazı

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.