İyul 29, 2026-3:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Mina problemi iqtisadi inkişafın, sosial təhlükəsizliyin və regional inteqrasiyanın əsas çağırışlarından biridir 

2026:07:27 - 17:21
in İQTİSADİYYAT
A A

Prezident İlham Əliyevin Almaniyaya son rəsmi səfəri Bakı-Berlin münasibətlərində iqtisadi əməkdaşlığın yeni mərhələsini təsdiqləməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzur məsələsini də Avropanın strateji gündəliyinə daha qabarıq şəkildə çıxarıb. Söhbət artıq təkcə bərpa və yenidənqurma prosesindən deyil, Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasının hansı prinsiplər üzərində qurulacağından gedir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ekspert Əbülfəz Babazadə səsləndirib.

Ekspert bildirib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə dünya miqyasında analoqu az olan quruculuq modeli formalaşdırır.

“Burada şəhərlər sıfırdan inşa olunur, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları tətbiq edilir, yaşıl enerji zonaları yaradılır, müasir nəqliyyat arteriyaları salınır, beynəlxalq hava limanları fəaliyyət göstərir, sənaye parkları və logistika mərkəzləri qurulur. Bu miqyas artıq regional layihə çərçivəsini aşaraq Avrasiyanın yeni inkişaf platformalarından birinə çevrilir.

Almaniya Avropanın ən böyük sənaye iqtisadiyyatıdır və enerji təhlükəsizliyi, yaşıl texnologiyalar, logistika, sənaye istehsalı, eləcə də yüksək texnologiyalar Berlinin xarici iqtisadi strategiyasının əsas istiqamətlərini təşkil edir. Məhz bu baxımdan Qarabağ Almaniya üçün yeni iqtisadi imkanlar məkanı kimi qiymətləndirilir.

Ekspertin sözlərinə görə, bu inkişaf modelinin qarşısında hələ də ən ciddi maneələrdən biri mina təhlükəsidir. İşğal dövründə Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minalar insanların həyatını hər gün risk altında saxlayır.

“Son günlər baş verən mina partlayışları da göstərir ki, müharibə formal olaraq başa çatsa da, onun nəticələri hələ də insanların gündəlik həyatına təsir etməkdə davam edir.

Mina təhlükəsi yaşayış məntəqələrinin bərpasını ləngidir, kənd təsərrüfatı torpaqlarının istifadəsini məhdudlaşdırır, investorların fəaliyyət risklərini artırır, nəqliyyat layihələrinin icrasına əlavə yük yaradır və Böyük Qayıdış prosesinin sürətinə təsir göstərir. Başqa sözlə, mina problemi iqtisadi inkişafın, sosial təhlükəsizliyin və regional inteqrasiyanın əsas çağırışlarından biridir.

Azərbaycan uzun illərdir mina xəritələrinin tam şəkildə təqdim olunmasını tələb etsə də, beynəlxalq təşkilatların böyük hissəsi bu məsələdə nümayiş etdirdiyi passivliklə diqqət çəkir.

İnsan hüquqları ilə bağlı mütəmadi bəyanatlar verən bir sıra beynəlxalq institutların minlərlə hektar ərazinin minalanması, dinc insanların, uşaqların və digər mülki şəxslərin həlak olması fonunda prinsipial mövqe ortaya qoymaması beynəlxalq humanitar hüququn tətbiqində ikili standartlarla bağlı sualları daha da artırır. Bu susqunluq gələcək münaqişələr üçün də təhlükəli presedent formalaşdırır. Çünki minaların müharibədənsonrakı dövrdə mülki əhali üçün təhlükə yaratması beynəlxalq humanitar hüququn ən ciddi çağırışlarından biri hesab olunur”, – deyə o bildirib.

Ə.Babazadə xatırladıb ki, Almaniya İkinci Dünya müharibəsindən sonra Avropada partlamamış sursatların zərərsizləşdirilməsi sahəsində uzun illər ərzində geniş institusional təcrübə formalaşdırıb. Federal və regional səviyyədə fəaliyyət göstərən xüsusi xidmət qurumları, müasir geofiziki axtarış sistemləri, rəqəmsal xəritələşdirmə, robotlaşdırılmış texnologiyalar və təhlükəsizlik standartları bu sahədə Almaniyanı qabaqcıl ölkələr sırasında saxlayır.

“Azərbaycanın həyata keçirdiyi minatəmizləmə əməliyyatları artıq dünyanın ən iri humanitar mina təmizləmə proqramlarından biri hesab olunur. Bu baxımdan Almaniya təcrübəsinin texnologiya transferi, mütəxəssis hazırlığı, innovativ avadanlıqların tətbiqi və beynəlxalq ekspertiza istiqamətində əlavə dəyər yaratmaq potensialı yüksək qiymətləndirilə bilər. Bu əməkdaşlıq, eyni zamanda, Avropa İttifaqının regionda humanitar təhlükəsizlik sahəsində daha görünən iştirakına da xidmət edə bilər”, – deyə Əbülfəz Babazadə fikrini yekunlaşdırıb.

Əvvəlki Yazı

Azərbaycan azad edilmiş torpaqlarda tarixi yaddaşı, milli ruhu və mədəni simanı yenidən yaşadır

Növbəti Yazı

Almaniya ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasət kursunun vacib istiqamətlərindəndir 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.