Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl təsdiqləyib ki, onun hökuməti 2026-cı ildə Kiyevə maliyyə yardımını 3 milyard avro artırmaq niyyətindədir.
“Büdcənin tənzimlənməsi iclasında biz Ukraynanı gücləndirmək üçün əlavə 3 milyard avro ayıracağıq”, – NTV siyasətçinin sözlərini sitat gətirib. Klinqbeyl xatırladıb ki, Almaniya “Ukraynanın ən böyük Avropa donoru”dur. O, həmçinin Aİ-nin Kiyevi dəstəkləməsinə imkan verəcək “ortamüddətli perspektivdə həll yollarının tapılmasının” zəruriliyini bəyan edib.
Bu həftə Almaniya parlamentində 2026-cı ilin büdcə layihəsi ilə bağlı müzakirələr yekunlaşacaq. (Tass)
