Rumıniya Rusiyanı təhlükəsizliyinə əsas təhdid kimi görmək niyyətindədir. Bu bəyanat ictimai rəy üçün Rumıniya prezident administrasiyasının saytında yerləşdirilən 2025-2030-cu illər üçün milli müdafiə strategiyası layihəsində yer alıb.
Sənədin “Təhlükələr” bölməsində deyilir: “Rusiyanın düşmənçilik hərəkətləri Rumıniyanın milli təhlükəsizliyinə əsas təhdidləri təmsil edir”. Layihədə Rusiyanın regiondakı hipotetik “düşmənçilik” hərəkətlərindən ölkəyə müxtəlif təhlükələr araşdırılır və həmçinin Buxarestin Kiyevyönlü siyasətini dəstəkləyən arqumentlər təqdim edilir.
Sənəddə həmçinin “Rumıniyanın Aİ və NATO-da rolunun gücləndirilməsi, milli müdafiə qabiliyyətinin inkişafı üçün Aİ və NATO alətlərindən optimal şəkildə istifadə edilməsi, müdafiə sənayesi və hərbi mobilliyə üstünlük verilməsi” hədəfi də müəyyən edilib.
Milli Strategiya Rumıniyanın xarici siyasət məqsədlərini müəyyən edir, o cümlədən “strateji tərəfdaşlıq və transatlantik əlaqələrin gücləndirilməsi: [gücləndirilməsi] xüsusilə ABŞ ilə strateji tərəfdaşlığın, digər müttəfiqlər və tərəfdaş ölkələrlə əməkdaşlığın intensivləşdirilməsi, o cümlədən hərbi texnika, yerli silah istehsalı və hibrid təhlükələrə qarşı mübarizə”. Sənəddə həmçinin “Rumıniyanın Aİ və NATO-da rolunun gücləndirilməsi, milli müdafiə qabiliyyətinin inkişafı üçün Aİ və NATO alətlərindən optimal şəkildə istifadə edilməsi, müdafiə sənayesi və hərbi mobilliyin prioritetləşdirilməsi” hədəfi də müəyyən edilib. (Tass)
