İyul 29, 2026-1:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Amerika ağ kəpənəyinə qarşı fitosanitar tədbirlər davam etdirilir

2026:07:28 - 16:30
in SOSİAL
A A

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsi tərəfindən Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması və vaxtında mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə iyulun 23-24-də Balakən və Zaqatala rayonlarında növbəti fitosanitar monitorinqlər aparılıb.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, monitorinqlər Balakən rayonunun Kortala, İtitala, Püştətala və Roçəhməd kəndlərində, eləcə də Zaqatala rayonunun Aşağı Tala, 3-cü Tala və Göyəm kəndlərində həyata keçirilib. Müşahidələr zamanı zərərvericinin uçuş dinamikasının izlənilməsi üçün feromon tələlərə baxış keçirilib, tələlərə düşmüş yetkin fərdlər uçota alınıb və populyasiyanın davamlı monitorinqi məqsədilə əlavə feromon tələləri quraşdırılıb.

Monitorinq nəticələrinə uyğun olaraq, zərərvericinin aşkarlandığı budaq və torlu yuvaların mexaniki üsulla kəsilərək məhv edilməsi, zərurət yaranan ərazilərdə isə təhlükəsizlik qaydalarına riayət edilməklə lokal kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi barədə aidiyyəti qurumlara müvafiq tövsiyələr verilib.

“AQTA vətəndaşları, bələdiyyələri və təsərrüfat subyektlərini həyətyanı sahələrdə, park və yaşıllıq ərazilərində, eləcə də meyvə bağlarında mütəmadi fitosanitar müşahidələr aparmağa çağırır. Amerika ağ kəpənəyinə məxsus tor yuvaları və tırtıllar aşkar edildiyi halda onların vaxtında mexaniki üsulla məhv edilməsi, zərurət yarandıqda isə müvafiq mütəxəssislərə müraciət olunması tövsiyə edilir. Erkən mərhələdə həyata keçirilən fitosanitar tədbirlər zərərvericinin geniş ərazilərə yayılmasının qarşısının alınmasında mühüm rol oynayır”, – deyə məlumatda qeyd olunub.

Əvvəlki Yazı

Uşaqların müdafiəsi ailənin, məktəbin və dövlətin ortaq məsuliyyətidir

Növbəti Yazı

Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.