İyul 29, 2026-1:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MÜSAHİBƏ

Uşaqların müdafiəsi ailənin, məktəbin və dövlətin ortaq məsuliyyətidir

2026:07:28 - 16:28
in MÜSAHİBƏ
A A

Müasir dövrdə uşaqların üzləşdikləri risklər sürətlə dəyişir. Rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrilməsi, sosial şəbəkələrin təsirinin artması, kiberbullinq, onlayn təhlükələr və psixoloji sağlamlıqla bağlı məsələlər həm valideynləri, həm də mütəxəssisləri narahat edən əsas mövzulardandır.

Uşaqların təhlükəsizliyinin təmin olunması, onların sağlam inkişafı və hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə AZƏRTAC-ın suallarını Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

– Son illər uşaqlarla bağlı ən çox narahatlıq doğuran tendensiya hansıdır?

– Son illər bizi ən çox narahat edən tendensiyalardan biri uşaqların rəqəmsal mühitdə keçirdikləri vaxtın artması və bunun onların sosial-emosional inkişafına, psixoloji rifahına və təhlükəsizliyinə təsiridir. Bununla yanaşı, kiberbullinq, onlayn zorakılıq, yaşa uyğun olmayan məzmuna çıxış, eləcə də uşaqlar arasında ünsiyyət bacarıqlarının zəifləməsi və aqressiv davranış hallarının artması diqqət mərkəzindədir.

Bu problemlərin həlli yalnız risklər ortaya çıxdıqdan sonra müdaxilə etməklə mümkün deyil. Əsas məqsədimiz riskləri erkən mərhələdə müəyyənləşdirmək və onların qarşısını almaqdır.

Əvvəlki illərdə məktəblərdə fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsi bu sahədə mühüm rol oynayırdı. Hazırda isə bu fəaliyyət Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisləri, məktəb psixoloqları, sosial pedaqoqlar və digər aidiyyəti əməkdaşlarla birlikdə daha sistemli şəkildə davam etdirilir.

İdarə tərəfindən məktəblərdə təhlükəsiz və dəstəkləyici mühitin yaradılması, zorakılıq və bullinq hallarının qarşısının alınması, uşaqların hüquqlarının müdafiəsi və sosial-emosional bacarıqlarının inkişafı istiqamətində müxtəlif proqramların və maarifləndirici təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

– Süni intellekt və yeni texnologiyalar uşaqların inkişafına necə təsir edir?

– Süni intellekt və rəqəmsal texnologiyalar düzgün istifadə olunduqda uşaqların öyrənmə imkanlarını genişləndirir, fərdiləşdirilmiş təhsili dəstəkləyir, yaradıcılıq və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir. Bununla yanaşı, ekran asılılığı, dezinformasiya, şəxsi məlumatların təhlükəsizliyi və kiberbullinq kimi risklər də mövcuddur.

Bu səbəbdən Elm və Təhsil Nazirliyi və Uşaqların Müdafiəsi İdarəsi tərəfindən il ərzində şagirdlər, müəllimlər və xüsusilə valideynlər üçün rəqəmsal savadlılıq, təhlükəsiz internet, onlayn risklər və kiberbullinq mövzularında silsilə seminar və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur. Məktəb psixoloqlarının da bu istiqamətdə peşəkar biliklərinin artırılması planlaşdırılır. Bu yanaşma “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun prinsiplərinə tam uyğundur.

– Uşaqların ekran qarşısında keçirdiyi vaxt hansı həddən sonra təhlükəli hesab oluna bilər?

– Burada əsas meyar yalnız ekran qarşısında keçirilən vaxt deyil. Əgər ekran istifadəsi uşağın yuxusuna, fiziki aktivliyinə, dərslərinə, ailə münasibətlərinə və emosional vəziyyətinə mənfi təsir göstərirsə, bu artıq narahatlıq siqnalıdır. Valideynlər övladlarının rəqəmsal fəaliyyətinə maraq göstərməli, onların istifadə etdikləri platformaları tanımalı və açıq ünsiyyət qurmalıdırlar.

– Uşaqları internetdəki təhlükələrdən qorumağın ən effektiv yolu nədir?

– Ən effektiv yol qadağalar deyil, maarifləndirmə və etimada əsaslanan münasibətin formalaşdırılmasıdır. Uşaqlar təhlükəsiz internet davranışı, şəxsi məlumatların qorunması və kiberbullinq barədə məlumatlandırılmalıdırlar. Məktəblərdə də bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.

– Valideynlər övladlarının psixoloji problemlərini vaxtında necə müəyyən edə bilərlər?

– Davranışda qəfil dəyişikliklər, özünəqapanma, aqressivlik, yuxu və qidalanma pozuntuları, məktəbə marağın azalması kimi əlamətlər diqqətdən yayınmamalıdır. Valideyn övladını mühakimə etmədən dinləməli, zərurət yarandıqda məktəblə və mütəxəssislərlə əməkdaşlıq etməlidir.

– Yay tətilində uşaqların təhlükəsizliyi ilə bağlı valideynlərə hansı tövsiyələri verərdiniz?

– Yay tətili həm təhlükəsizlik, həm də inkişaf baxımından mühüm dövrdür. Bu müddətdə su hövzələrində təhlükəsizlik qaydalarına riayət olunması, yol hərəkəti təhlükəsizliyi, günvurmadan qorunma və rəqəmsal təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməlidir.

Eyni zamanda, yay tətili uşaqlarda kitab oxuma vərdişinin formalaşdırılması, birlikdə mütaliə, təbiətlə tanışlıq, muzey və tarixi məkanlara səfərlər, valideynlərlə səmimi söhbətlər və keyfiyyətli ünsiyyət üçün ən yaxşı fürsətlərdən biridir.

– Uşaqların yay aylarında sosiallaşması və inkişafı üçün hansı fəaliyyətlər daha faydalıdır?

– İdman, kitab mütaliəsi, yaradıcılıq dərnəkləri, yay düşərgələri, könüllülük fəaliyyəti, ailəvi gəzintilər və açıq hava məşğələləri uşaqların sosial, emosional və fiziki inkişafını dəstəkləyən ən faydalı fəaliyyətlər sırasındadır.

– Məktəbdənkənar vaxtın düzgün təşkili niyə vacibdir?

– Uşağın inkişafı yalnız məktəblə məhdudlaşmır. Dərnəklər, incəsənət və yaradıcılıq fəaliyyəti, idman məktəbləri və müxtəlif idman məşğələləri onların bacarıqlarını inkişaf etdirir, sağlam həyat tərzinin formalaşmasına töhfə verir və riskli davranışlardan uzaq qalmasına kömək edir.

Sevindirici haldır ki, son illər ölkəmizdə uşaqların məktəbdənkənar fəaliyyətlərə, xüsusilə idmana cəlb olunmasına dövlət səviyyəsində diqqət daha da artıb. Həyata keçirilən yeni layihələr, təşkil olunan yarışlar və yaradılan müasir idman infrastrukturu uşaqların sağlam inkişafına mühüm töhfə verir.

Yekun olaraq qeyd etmək istərdim ki, uşaqların müdafiəsi yalnız onları təhlükələrdən qorumaqdan ibarət deyil. Əsas məqsəd uşaqların təhlükəsiz, sağlam və dəstəkləyici mühitdə böyüməsini təmin etməkdir. Bu isə ailənin, məktəbin və dövlətin ortaq məsuliyyətidir.

Əvvəlki Yazı

Media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil edilib

Növbəti Yazı

Amerika ağ kəpənəyinə qarşı fitosanitar tədbirlər davam etdirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.