May 30, 2026-22:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Astarada şəhid və müharibə əlillərinin övladları üçün Yeni il şənliyi təşkil olunub

2025:12:31 - 10:13
in SOSİAL
A A

Astara Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş və müharibə əlili statusu almış astaralıların övladları üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə iştirak edən rayon icra hakimiyyətinin əməkdaşları uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Çıxışlarda qeyd olunub ki, son beş ildə ölkəmizdə əlamətdar günlər və bayramlar daha böyük qürur və təntənə ilə qeyd olunur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində torpaqlarımız erməni işğalından azad edilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların bizə əmanət qoyduqları övladlar daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Onların Vətənə layiqli övladlar kimi böyümələri üçün bundan sonra da hər cür dəstək göstəriləcəyi vurğulanıb.

Bayram tədbirində şəhid və müharibə əlillərinin övladları şeir söyləyib, mahnı və rəqs nümunələri nümayiş etdiriblər.

Sonda uşaqlara Yeni il münasibətilə bayram hədiyyələri təqdim olunub.

Əvvəlki Yazı

Azərbaycan banklarında kapitalın idarə olunmasına dair tələblər sərtləşdirilib

Növbəti Yazı

ADPU-nun media yayımı istiqamətində yüksək inkişaf dinamikası qeydə alınıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.